Xəbər lenti

Tanınmış şairin oğlu cərimələndi, məhkəməyə üz tutdu
Ekonomiks 18:11 16.01.2025

Tanınmış şairin oğlu cərimələndi, məhkəməyə üz tutdu

Mərhum şair, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olmuş Şöhlət Əfşarın oğlu Şəmsi Axundov cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi ona İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb. 

Şəmsi Axundov dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Şikayətə Binəqədi Rayon Məhkəməsində baxılacaq. 

Yanvarın 24-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclasa hakim Vüsal Tağıyevc sədrlik edəcək.

192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->