Xəbər lenti

Tanınmış turizm şirkətindən 500 minlik dələduzluq (FOTO)
Ekonomiks05:00 08.09.2025

Tanınmış turizm şirkətindən 500 minlik dələduzluq (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda onlarla ailə "Joy Travel" turizm şirkətinin dələduzluq əməllərindən zərər çəkib.
Bu barədə şikayətçilər Yurd.media-ya bildirib.
İddiaya görə, şirkət müxtəlif turistik istiqamətlər üzrə təxminən 500 min manatlıq turpaketlər satıb, uçuşa bir gün qalmış isə müştərilərə müflis olduğunu elan edib.
Qeyd olunub ki, "Joy Travel"in sahibi kimi özünü təqdim edən Nərmin Fətullayeva və Rəşad İlyasov əvvəlcə vasitəçi olan turoperatorda problem yaşandığını, sonra digər bəhanələr gətirərək müştərilərin ödənişini qaytaracaqlarını bildirsələr də, bu istiqamətdə heç bir iş görməyiblər.
Hazırda şirkətin ofisi Xətai Rayon Prokurorluğunun əməkdaşları tərəfindən möhürlənib, istintaq işləri aparılır.