Xəbər lenti

Tanınmış vəkil "qara siyahı" açıqlayacağını dedi: “Çox nadürüst vəkillər var”
Ölkə06:43 05.12.2022

Tanınmış vəkil "qara siyahı" açıqlayacağını dedi: “Çox nadürüst vəkillər var”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Cəmiyyətdə çox pis, nadürüst vəkillər var. Onlar vətəndaşları aldatmaqla məşğuldur”.
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov deyib. O bildirib ki, cəmiyyət həmin vəkillərin hərəkətlərindən xəbərsizdir:
"Amma mən onların nə qədər yalançı və dolandırıcı olduğunu bilirəm, görürəm. Elə bilməsinlər ki, onuların kimliyini bilmirəm. Əlimdə onlarla bağlı böyük bir siyahı var. Nə vaxtsa vəkillik fəaliyyətimə xitam verilsə, onların siyahısını açıqlayacağam. İnsanları aldadan vəkilləri hamı tanısın”.
Bahar Rüstəmli