Xəbər lenti

Tarif Şurasının səlahiyyətləri artırıldı (FƏRMAN)
Ekonomiks 13:25 03.02.2023

Tarif Şurasının səlahiyyətləri artırıldı (FƏRMAN)

Tarif Şurasının səlahiyyətləri artırılıb.

Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Tarif şurası tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasına (fiziki və ya texnoloji) görə məbləği müəyyən edəcək.

Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.

Tarif Şurası ödənişin məbləğini Nazirlər Kabinetinin müəyyən etdiyi metodologiya əsasında müəyyən edəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->