Xəbər lenti

Taxıl üçün Ukrayna və ABŞ-dan B planı: “Putinə etibar yoxdur”
Ekonomiks12:22 25.07.2022

Taxıl üçün Ukrayna və ABŞ-dan B planı: “Putinə etibar yoxdur”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ və Ukrayna Rusiyanın Odessa limanına hücumundan sonra taxılın ölkədən çıxarılması üçün "B planı” hazırlayır.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Beynəlxalq inkişaf agentliyinin (USAID) administratoru Samanta Pauer deyib. 
"B Planı"na avtomobil və dəmir yolları, çaylar, barjaların göndərilməsi və dəmir yolu sistemlərinin Avropa ilə daha yaxşı uyğunlaşması üçün tənzimləmə daxildir, beləliklə, ixrac daha sürətli hərəkət edə bilər.
"Biz fövqəladə vəziyyət planı ilə yaşayırıq, çünki Rusiya prezidenti Vladimir Putinin dediyi heç bir sözə etibar etmək olmaz", - Pauer bildirib.
O, Odessa limanında təqribən 20 milyon ton buğda və qarğıdalının ilişib qaldığını əlavə edib və vurğulayıb ki, Ukraynadan gələn alternativ marşrutlar tərəfindən təmin edilən ərzaq təhlükəsizliyinə baxmayaraq, "Putinin blokadanın götürülməsinə və taxılın ən səmərəli şəkildə göndərilməsinə imkan verməsinin heç bir əvəzi yoxdur".
Pauer Rusiyanın müqavilədə adı çəkilən əsas liman olan Odessaya hücum edərək razılaşmadan "dərhal üz döndərməsinə” baxmayaraq, taxıl müqaviləsinin "birtəhər qüvvədə qalmasına” ümid etdiyini bildirib.
Xatırladaq ki, Ukrayna, Rusiya, Türkiyə və BMT iyulun 22-də İstanbulda Ukrayna taxılının ixracına dair saziş imzalayıblar.
Lakin ertəsi gün, iyulun 23-də Rusiya taxılın ixrac üçün hazırlandığı Odessa limanına raket zərbələri endirib.
Nizami Bağırov