
Boks əfsanəsi Maykl Tayson Rusiya Yazıçılar Birliyinin üzvü olacaq.
ANS PRESS-in məlumatına görə, boksçunun piarı ilə məşğul olan Vladimir Xryunov oktyabrın 27-də Moskvada kitabının təqdimatını edəcək. Kitab "Tayson: Qəddar həqiqət" adlanır.
"Həmin gün Maykla Rusiya Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsi təqdim ediləcək".
"TACC"ın məlumatına görə, Tayson noyabrda Moskvada keçiriləcək boks gecəsinə qatılacaq.
Tayson öz qalmaqallı hərəkətləri ilə də məşğuldur. Belə ki, o zorlamaya görə, 3 il həbsdə olub. 1997-ci ildə Mayk Tayson rəqibinin qulağını dişləyib. 2005-ci ildə o peşəkar fəaliyyətini dayandırıb.
Ötən ay isə o 29 yaşlı bayker Rayan Çelsinin həyatını xilas edib. Onun idarə etdiyi motoskl taksi ilə toqquşub. Polis və təcili yardım gələnə kimi Tayson yolda hərəkəti saxlayıb və zərərçəkəni sakitləşdirib.
Qaynar.info