Xəbər lenti

Tbilisi prospekti açıldı
Ekonomiks06:02 01.08.2013

Tbilisi prospekti açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 

Bakı şəhərinin Tbilisi prospektində təmir işləri ilə əlaqədar bağlanan avtomobil yolunun 500 metrlik hissəsi artıq açılıb və prospektdə nəqliyyatın hərəkəti tam bərpa olunub.

Bu barədə Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Tbilisi prospektində «20 Yanvar» metro stansiyasından Salamzadə küçəsi ilə kəsişməsinədək olan hissəsi yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar bağlanılmışdır: «Artıq avtomobil hərəkəti üçün məhdudlaşdırılan yol hissəsində bütün işlər başa çatdırılıb və yaxın bir saat ərzində yol açılacaq».

P.Mürsəliyev onu da bildirib ki, sözügedən yol hissəsində köhnə asfalt-beton örtüyü qaşınıb və yenisi ilə (ikiqat) əvəz olunub, kommunikasiya quyularının qapaqları dəyişdirilib və artıq yolda xətlənmə işləri də başa çatdırılıb. (APA)