Xəbər lenti

Tbilisi prospektinə gedən yol bağlanır – FOTO + XƏRİTƏ
Ölkə 17:50 02.07.2014

Tbilisi prospektinə gedən yol bağlanır – FOTO + XƏRİTƏ

Bu axşam saat 23:00-dan etibarən.

Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsi ilə kəsişməsindən Tbilisi prospektinə ilə kəsişməsinədək olan hissəsi bağlanır.

Oxu.Az xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, Həsən Əliyev küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun asfalt-beton örtüyünün yenilənməsi işləri başa çatdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Bu axşam saat 23:00-dan etibarən Həsən Əliyev küçəsinin Azər Əliyev küçəsi ilə kəsişməsindən Tbilisi prospektinə ilə kəsişməsinədək olan hissəsi yolun asfalt-beton örtüyünün yenilənməsi işləri əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Hənifə Ələsgərov və Abbasqulu Ağa Bakıxanov küçələrindən istifadə etmələri tövsiyə olunur. Təmir işlərinin 1 həftə ərzində davam edəcəyi bildirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->