Xəbər lenti

Tbilisidəki teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Ölkə19:15 16.04.2020

Tbilisidəki teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 16-da Gürcüstanın paytaxtı Tbilisi şəhərinin ən hündür parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Qaynarinfo xəbər verir ki, teleqüllənin işıqlandırılması koronavirusla mübarizədə həmrəylik mesajı məqsədi daşıyır.
Tbilisidə ən hündür parkda - Mtatsminda parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.
Qeyd edək ki, daha öncə Türkiyənin Ankara şəhərində yerləşən "Ataküle" qülləsində də Azərbaycan bayrağı nümayiş olunmuşdu. Onu da əlavə edək ki, Heydər Əliyev Mərkəzi də müvafiq olaraq Türkiyə və Gürcüstana eyni şəkildə dəstək olub.