Zorlama ittihamından bəraət alan "Mançester Siti"nin sabiq futbolçusu Benyamin Mendi karyerasını bərpa edib.
Qaynarinfo-nun məlumatına görə, futbolçu Fransa çempionatında "Loryen"in formasını geyinəcək. Təcavüz ittihamları səbəbindən iki ilə yaxın futboldan uzaq qalan Mendi ilə müqavilə bağlanıldığını klub rəsmi şəkildə açıqlayıb. Futbolçu yeni klubu ilə ikiillik müqaviləyə imza atıb.
Fransız futbolçu səkkiz təcavüz ittihamı ilə mühakimə olunduğu iddiadan yekdilliklə bəraət qazanıb. Məhkəmə prosesində 28 yaşlı futbolçu bəraət qərarlarından sonra göz yaşlarını saxlaya bilməmişdi.
Səbuhi Həsənov