Xəbər lenti

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məhkəməyə verildi
Ölkə 17:27 27.05.2024

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məhkəməyə verildi

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məhkəməyə verilib. 

Qaynarinfo-ya daxil olan məlumata görə, iddiaçı Cəfərova Validə Yadigar qızıdır. 

Bildirilir ki, o, Mərkəzin əməkdaşı olub. Validə Cəfərovanın məhkəmədə işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlı iddia qaldırması bu məlumatın əsassız olmadığını göstərir. 

Onun iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq. Həbibə Miriyeva iş üzrə hakim təyin edilib. 

Araşdırmalarımız zamanı məlum olub ki, Validə Cəfərova bundan əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) barəsində Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. İddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlı olub. 

İşin nəticəsi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Lakin Validə Cəfərovanın yenidən məhkəməyə müraciət etməsi iddianın təmin olunmadığı qənaətini yaradır. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->