Voleybol üzrə millimizin ukrayna əsilli üzvü Polina Rəhimova Rusiyanın Ukraynaya hərbi təcavüzünə münasibətini bildirib.
Qaynarinfo xəbər verir ki, təcrübəli voleybolçu şəxsi feysbuk səhifəsində bunları yazıb:
"Bu, baharın ilk günüdür. Amma mənim vətənimdə 6-cı gündür. Burada hesablamalar müharibə günlərinə əsasən aparılır. Ümid edirəm ki, hər şey tezliklə bitəcək. Biz III Dünya Müharibəsinin selini dayandıracağıq. Ukraynaya və qəhrəmanlarına eşq olsun! Bütün dünya bizimlədir. Bunun üçün təşəkkür edirəm. Bizə köməyə davam edin".
Rəhimova 2007 - 2020-ci illərdə Azərbaycan yığmasının formasını geyinib.
Səbuhi Həsənov