Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyə Klinikası məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı Abdullayeva Səbinə Abdulla qızıdır. Onun iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq.
Səbinə Abdullayevin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Əldə etdiyimiz məlumata görə, Səbinə Abdullayeva bir müddət əvvəl işdən çıxarılıb. O, rəhbərliyin qərarını qanunsuz hesab etdiyindən məhkəməyə müraciət edib.
Seyid
Şərhlər