
“Nazirlik bu müraciətə müsbət yanaşmır”
Bakı Dövlət Universitetində tibb fakültəsinin açılması ilə bağlı millət vəkili və universitetin rektoru Abel Məhərrəmovun təklifi hələlik Təhsil Nazirliyi tərəfindən cavablandırılmayıb.
Bu barədə məlumatı AzNews-az-ın əməkdaşının sualını cavablandıran Təhsil Nazirliyi aparatının rəhbəri İlham Pirməmmədov məlumat verib. Aparat rəhbəri bildirib ki, tibb fakültəsinin açılması üçün ilk növbədə maddi texniki baza və kadr potensialı olmalıdır. Hələlik BDU-da belə bir baza olmadığından nazirlik müraciətə müsbət yanaşmır.
Qaynar.info