
Dövlət orta məktəblərinə şagird qəbulu zamanı heç bir ödəniş tələb olunmur.
Təhsil Nazirliyi övladları birinci sinfə gedən validenylərə müraciət etdi. Qaynar.info portalına Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əgər dövlət orta məktəblərinə şagird qəbulu zamanı ödəniş tələb olunursa, bu zaman həmin şəxslər Nazirliyə müraciət etsinlər.
"Dövlət orta məktəblərinə şagird qəbulu zamanı heç bir ödəniş tələb olunmur. Əgər belə hallar varsa, həmin şəxslər Təhsil Nazirliyinin [email protected] və [email protected] elektron poçt ünvanlarına müraciət etsinlər”.
Qaynar.info