Xəbər lenti

Təhsil Nazirliyindən xaricdə təhsil alanlarla bağlı daha bir AÇIQLAMA
Ölkə08:15 11.08.2016

Təhsil Nazirliyindən xaricdə təhsil alanlarla bağlı daha bir AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Xaricdə təhsil almağa gedənlərin hansı vasitə ilə universitetə qəbul olmağı bizi maraqlandırmır. O universitetin daxili işidir. İstər atestatla, istərsə də imtahanla qəbul etsin". 

Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

Cəsarət Valehov bildirib ki, verdikləri açıqlamanın əsl səbəbi başqadır: "Burdakı şirkətlər bizim adımızdan istifadə edir. Biz bundan narahatıq". 

Nazirlik rəsmisi qeyd edib, bəzən xaricdə təhsil alan şəxslərin diplomu tanınmayıb: "Bu həm tədris göstəriciləri ilə bağlı olub, həm də sərhəd-keçid məntəqəsində qeydiyyatı olmayıb və onun nə vaxt təhsil aldığı qeyri-məlum olduğu halda diplomları tanınmayıb.  Xaricdə təhsil almaq istəyən tələblərə bizim prosedurlara uyğun olan və diplomları tanınan universitetlərin adlarını nostirvikasiya.edu.az saytından öyrənə bilərlər".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az