Xəbər lenti

Təhsil Nazirliyinə ayrılan xidməti minik avtomobillərinin say həddi azaldıldı (QƏRAR)
Ölkə 19:39 24.06.2022

Təhsil Nazirliyinə ayrılan xidməti minik avtomobillərinin say həddi azaldıldı (QƏRAR)

Nazirlər Kabineti "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, Təhsil Nazirliyinə ayrılan xidməti minik avtomobillərinin say həddi 75-dən 23-ə endirilib. Təhsil Nazirliyinin ərazi və yerli bölmələr üzrə ayrılan xidməti minik avtomoillərinin sayı 65-dən 13-ə endirilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->