Builin fevral ayının 8-də 22 yaşlı tələbə Nigar Vahabovanın intiharetməsi və bu intihar olayının əyrafındakı müəmmalar cəmiyyətdə ciddirezonans doğurdu. Uzun müddətdir ki, müzakirə olunan olayla bağlı yeniməlumatlar ortaya çıxıb.
Belə ki, Nigar Vahabovanın ölümü ilə bağlı bacısı Aytac VahabovaArqument.Az-a bir sıra maraqlı məqamları açıqlayıb. O, bacısınınölümündə Nigarın sevgilisi Əliyev Bəhruz Şakir oğlunu günahlandırıb.
Aytac Vahabova mediaya verdiyi açıqlamasında deyir: "Nigarınhəyatında Bəhruz Əliyev adlı oğlan olub. Onlar 2 il yarım münasibətdəolublar. Tanışlıqlarından 2 ay sonra Nigar biləndə ki, o əvvəllər evliolub münasibətlərini bitirmək istəyib. Bu hadisə 2014-cü ildə baş verib.Bəhruz isə ondan əl çəkməyib və onu izləməyə başlayıb. Hətta onubıçaqla hədələyib xəsarət də yetirmişdi. Bununla bağlı biz Yasamalrayonu 29-cu Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdik. İkiay Bəhruzdan səs çıxmadı. Amma sonra yenidən Nigarı izləməyə başladı.Biz yenə polisə müraciət etdik, amma polis heç nə etmədi. Nigarınölümündən 2 gün əvvəl, yəni fevralın 6-ı Bəhruz bacımın arxasınca işyerinə gedib və orada dava salıb. Bu zaman bacım Daxili İşlərNazirliyinin "102 Xidməti"nə zəng edib və hadisə yerinə polis çağırıb,heç kim gəlməyib. Bacım ikinci dəfə 102-yə zəng edib və "Məni BəhruzƏliyev hədələyir, oldürmək istəyir, əgər mənə nəsə olsa, bilin ki, oedib" deyə söyləyib. Bu zaman hadisə yerinə Nəsimi Rayon Polisİdarəsinin əməkdaşları cəlb olundu və bacımdan şikayət ərizəsi qəbulolundu. Polis bölməsindən qayıdarkən Bəhruz Nigarı görüb qolundantutaraq dartıb. Buna bacımın iş yoldaşları da şahiddirlər.
Bazar günü Bəhruz evimizə gəldi və qapımızı döyməyə başladı. Anamona bildirdi ki, polis çağıracaq. Lakin Bəhruz "Kimi istəyirsən çağır,onsuz da onu öldürəcəyəm” deyə qışqırırdı".
Aytac Vahabova bildirir ki, baş verənlər hər kəsin gözü qabağındaolub və qonşuları da buna şahiddir: "Birinci gün, fevralın 8-i isə Nigarözünü asdı. Nigar mənə demişdi ki, Bəhruz onun "Facebook" hesabını ələkeçirib və oradan dəyişikliklər edir. Nigarın ölümündən sonra, fevralın10-da mən Nigarın "Facebook" hesabının onlayn olduğunu gördüm. Biz onavideo zəng etdik, o isə açaraq "Nə istəyirsən? Cəhənnəm ol!” deyərəkqışqırdı və səhifəni bağladı. Nigarın telefonu iPhone idi, iCloudsistemi ilə işləyirdi. Bəhruz isə həmin sistemin şifrəsini bilirdi,daxil olub bütün yazışmaları silib".
Aytac Vahabovanın sözlərinə görə, baş verənlərlə bağlı Yasamalrayon prokuroru Cahangir Şükürova müraciət edib, amma hələ ki, nəticəyoxdur: "Qonşular və taksi sürücüləri Bəhruzun həmin günü səhər tezdəsaat 2-yə qədər bizim məhləmizdə olduğunun şahiddirlər. Amma Bəhruz hələdə cinayət məsuliyyətinə cəlb edilməyib, azadlıqdadır. Düşünürəm ki,Nigar bizə bunu deyə bilərdi, amma yəqin çəkinib. O, Bəhruza görə işinibelə dəyişmişdi, bütün günü stress içində idi. Bəhruz onun çantasınıoğurlamışdı, çantasında evimizin açarı, telefonu və bacımın gündəliyivar idi. Gündəliyində bacım eyni zamanda həm də unutmamaq üçün"facebook" və telefonunun parolunu, həm də İCloud sisteminin login vəşifrəsini qeyd etmişdi. Çantadan telefonunu götürərək bütün kontaktınıələ keçirmişdi. Sonra Nigarın şəkilərini whatsappa göndərib: "Mən onusevirəm, o mənimdir”, - deyə yazmışdı.
Qeyd edim ki, bununla bağlı da Yasamal Rayonu 29-cu Polis bölməsinəşikayət ərizəsi yazmışdıq. Onun qonşularularından verilən məlumataəsasən Bəhruz iki dəfə evli olub, həyat yoldaşının biri onun əlindənxaricə qaçıb.
Fevralın 8-də Bəhruz bacımın rəfiqəsi Səbinəyə zəng vurub və "Nigarişə gəlməyib, onu polis axtarır, gəl, bəlkə, sənə qapını açar” deyib.Sonra Səbinəni götürüb və qardaşımın oxuduğ məktəbə getməyə məcbur edib.Ona deyib ki, "qardaşı məni görsə açarı verməyəcə, sən ged al".Qardaşım əvvəlcə evin açarını vermək istəməyib, sonra isə Səbinə onadeyib ki, Nigar açarı itirib, evde kilidli qalıb, ona işə getmək üçünaçar lazımdır. Buna görə də qardaşım açarı verib. Bəhruz açarı Səbinədənalıb və qapını açıb. Nigarı kəndirdən açan insan da o olub. Sonra isətəcili yardımı çağırıb və qaçıb. Bizim evdən gedərkən o, mənim nişanlımNicata zəng edib. Və təslim olmağa getdiyini söyləyib".
Aytac Vahabova bildirir ki, Bəhruz Əliyevin azadlıqda qalması azmışkimi, onun ölkədən çıxışına da qadağa qoyulmayıb. Onun istənilən vaxtölkədən qaçıb gedə biləcəyi də istisna deyil: "İşi aparan Yasamal RayonProkurorluğunun böyük müstəntiqi Cahangir Şükürova deyirəm ki, niyə işəbaxmırısınız? Bu adam niyə hələ də çöldədir? Deyir ki, əlimdə 7 ölüm işivar, onları bitirim, sizin işə də sıra gələcək. Ondan xahiş elədim ki,Bəhruz Əliyevin ölkədən çıxıına qadağa qoyun. Bildirdi ki, Yasamal rayonprokuroru Rasim Hacıyev icazə vermir".
"Əvvəl hadisə baş verəndə müstəntiq dedi ki, işi operativaparacağıq. Mən də bəzi məqamları mətbuata açıqlamadım. Həm dəcəmiyyətdə müxtəlif fikirli insanların olduğunu nəzərə alıb ailəsirrimizi açmaq istəmədim. Açıqlamamda da demişdim ki, bacımın həyatındaheç kim yoxdur. Amma deməmidim ki, olmayıb. Çünki bacım ondanayrılmışdı, amma o, əl çəkmirdi. Sonra gördüm ki, cinayət işi obyektivaraşdırılmır. Ona görə də mediaya açıqlama vermək məcburiyyətindəqaldım", - deyə Vahabova bildirib.
Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin sözçüsüTəranə Vəlizadə 1news.az-a bildirib ki, vətəndaşların şikayətləri həmişəBaş prokurorluğun diqqət mərkəzindədir: "Əgər Aytac Vahabova bacısınınintiharı ilə bağlı istintaqın gedişindən narazıdırsa, o, Baş prokurorZakir Qaralovun adına ərizəylə müraciət etməlidir və məhz nədən -süründürməçilikdən, yoxsa başqa bir səbəbdən şikayətçi olduğunubildirməlidir. Ərizə dərhal icraata götürüləcək, onun araşdırılması iləBaş prokurorluğun istintaqa nəzarət idarəsi operativ şəkildə məşğulolacaq".
İşi aparan müstəntiq Cahangir Şükürov da açıqlamasında "istintaqobyektiv şəkildə aparılır və burada bütün normalar gözlənilir", - deyəbildirib.

























