Xəbər lenti

Telefon danışıqlarını qeydə alan gizli proqram ortaya çıxdı: Ehtiyatlı olun
Texnologiya18:53 03.09.2018

Telefon danışıqlarını qeydə alan gizli proqram ortaya çıxdı: Ehtiyatlı olun

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Android”lə çalışan smartfonlarda telefon danışıqlrarını icazəsiz qeydə alan "Troiut” adlı gizli tətbiq aşkar edilib.
"Qafqazinfo” "Dünya bülleteni”nə istinadən xəbər verir ki, həmin tətbiq fotolar və məkan məlumatını da əldə edərək kibercinayətkarlara yönləndirib.
Məlumata görə, tətbiq müxtəlif proqramlar vasitəsilə smartfonlara düşür və istifadəçinin xəbəri olmadan "Android” sistemində gizlənir.
"Troiut” daha çox Rusiya və İsraildə aşkar edilib.
Zərərli tətbiqdən qorunmaq üçün telefon tənzimlərini gözdən keçirmək, tətbiq verilən icazələri yoxlamaq lazımdır.