Xəbər lenti

Telekanal rəhbərinin işi məhkəməyə göndərildi
Ölkə09:02 15.09.2017

Telekanal rəhbərinin işi məhkəməyə göndərildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov barəsində olan cinayət işi üzrə istintaq yekunlaşıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Qaynarinfo" xəbər verir ki, bu barədə Əziz Orucovun vəkili Cavad Cavadlı bildirib.

İş yaxın günlərdə icraata veriləcək.

Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Əziz Orucovun barəsində bu ilin iyulun 1-də cinayət işi başlanıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsində araşdırılıb.

Qaynarinfo.Az