Xəbər lenti

Təmas xəttində yerləşən kəndlərin bərpasına 1 mln. manat ayrılacaq
Ölkə15:24 25.11.2016

Təmas xəttində yerləşən kəndlərin bərpasına 1 mln. manat ayrılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gələn il Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yerləşən kəndlərin bərpasına vəsait ayrılacaq.

Bu barədə Hesablama Palatası “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, 2017-ci ildə Dövlət İnvestisiya Proqramının istiqamətlər üzrə bölgüsünə dair layihə sənədinə əsasən dövlət əsaslı vəsait qoyuluşu hesabına ərazilərin bərpası, yenidənqurulması və fövqəladə halların aradan qaldırılması yönümlü layihələr üzrə proqnozlaşdırılmış 1 mln. manat vəsaitin Ermənistan və Azərbaycan silahlı qüvvələrinin Təmas xəttindən 3 km-lik məsafədə yerləşən kəndlərin bərpası istiqamətində istifadə olunması nəzərdə tutulub.(apa)

Qaynarinfo.Az