Xəbər lenti

Təməltaşın Türkiyə klubuna keçidi Volkan Babacana veriləcək puldan asılıdır
İdman15:35 31.05.2016

Təməltaşın Türkiyə klubuna keçidi Volkan Babacana veriləcək puldan asılıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

21 yaşadək millimizin sabiq futbolçusu Timur Təməltaşa Türkiyənin daha bir klubundan təklif gəlib.

Qaynarinfo.az xəbər verir ki, onu Branimir Subaşiçin sabiq klubu "Manisaspor" da istəyir. Lakin bunun üçün Türkiyənin I dəstəsinə yenidən vəsiqə qazanan "Manisaspor" transfer qadağasını aradan qaldırmalıdır. 

Belə ki, klub prezidenti Abdullah Mergen Türkiyə Futbol Federasiyasının verəcəyi 4-5 milyon lirə ilə millinin və "İstanbul Başakşəhər"in qapıçısı Volkan Babacanın 400 minini ödəmək və bununla da qadağanı aradan qaldırmaq istəyir. Üstəlik, Mergen bu pulla hazırkı heyətdəki futbolçuların 3 milyon lirə borcunu da qapamaq niyyətindədir.

Qeyd edək ki, 2 illik müqaviləsinin qalmasına baxmayaraq, müqaviləsini qarşılıqlı şəkildə pozan Timur Təməltaşı "Balıkəsirspor", "Ümraniyəspor" və "Bandırmaspor" klubları da heyətində görmək istəyir. Təməltaşa Azərbaycanın Bakı klublarından da maraq var. Onun Azərbaycan pasportu olduğundan, burda çıxış etməsində heç bir problem olmayacaq.

Qaynarinfo.az