Xəbər lenti

Təmiri yarımçıq qalan yola girən mikroavtobus aşdı
Ölkə18:15 08.03.2017

Təmiri yarımçıq qalan yola girən mikroavtobus aşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun inşaat işləri başa çatmadığı üçün nişan qoyularaq avtomaşınların hərəkətinin qadağan olunduğu hissəsinə daxil olan “FORD” markalı mikroavtobus aşıb.

"Qaynar" Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə nəticəsində 10-KD-113 dövlət nömrə nişanlı “FORD”-un sərnişini-Abşeron rayonu, Mehdiabad qəsəbə sakini, 1986-ci ildə anadan olmuş Əliyev Elman Elburus oğlu baş nahiyəsindən və sürücü, 1987-ci ildə anadan olmuş Bakı şəhəri, Binəqədi rayon sakini Əhmədov Rasim Hacıağa oğlu çiyin və sol ayaq nahiyəsindən xəsarətlər alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər.

Hazırda hər iki xəstəyə tibbi-yardım göstərilir.

Faktla bağlı Dövlət Yol Polisində araşdırmalara başlanılıb.

Qaynar.Az