Xəbər lenti

Temperatur yüksəlir -40 dərəcə
Ölkə10:46 12.07.2013

Temperatur yüksəlir -40 dərəcə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 19-24, gündüz 31-36 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə iyulun 12-dən 13-nə keçən gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

İyulun 12-dən 14-dək Respublikanın rayonlarında əsasən yağmursuz, isti hava şəraiti gözlənilir. Lakin ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gözlənilən hava şəraiti əksər rayonlarda kənd təsərrüffatı bitkilərinin böyüməsi və inkişafı, həmiçinin aqrotexniki işlərin görülməsi üçün əlverişlidir.

Qaynar.info