Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən təmsilçimiz "Araz-Naxçıvan” bu gün ilk oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, komanda Ukrayna çempionu "Uraqan”la üz-üzə gəlib. Peşəkar Bədən Tərbiyəsi Kollecində keçirilən qarşılaşma ukraynalıların qələbəsi ilə yekunlaşıb - 2:1.
Qrupda keçirilmiş digər matçda Kosova çempionu "Liqeni” Rumıniya təmsilçisi "Yunayted Galati”ni məğlub edib-6:4.
UEFA Çempionlar Liqası, əsas mərhələ
Uraqan (Ukrayna) – Araz-Naxçıvan (2:0) 2:1
(Nazar Şved, 9:46, Artem Farenyuk, 15:04 - Ramiz Çovdarov, 29:29)
Hakimlər: Josip Barton (Şimali Makedoniya), Dejan Veseliç (Sloveniya), Kristiano Joze Kardoso Santos (Portuqaliya)
Time keeper: Denis Kutsi (Ukrayna)
Hakim-inspektor: Patrik Villemark (Belçika)
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya)
28 oktyabr. İvano – Frankivsk.
"Uraqan"
12. Roman Koltok (q, k), 7. Mykola Grytsyna, 8. Vitali Radeviç, 9. Roman Kordoba, 10. Artem Farenyuk, 21. Taras Levandivski (q), ), 5. Taras Onufrak, 11. Sergey Koval, 17. Ruslan Şeremeta, 20. Vladislav Zavertaniy, 29. Nazar Şved, 33. Mykhailo Grytsyna, 34. Maryan Maseviç, 78. Danil Abakşin
Baş məşqçi: Maksim Pavlenko
"Araz-Naxçıvan"
12. Rövşən Hüseynov (q, k), 15. Hadi Ahmadi, 13. Amir Şocaei, 7. Ramiz Çovdarov, 8. İsa Atayev, 1. Emin Kürdov (q), 9. Maneka, 17. Felipinyo, 6. David Qustavo, 14. Murilo Borges, 18. Nurlan Mehdizadə, 20. Tofiq Mikayılov
Baş məşqçi: Joze Alesio Da Silva
|
№ |
Komanda |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
1 |
"Liqeni" |
1 |
1 |
0 |
0 |
6-4 |
3 |
|
2 |
"Uraqan" |
1 |
1 |
0 |
0 |
2-1 |
3 |
|
3 |
"Araz-Naxçıvan" |
1 |
0 |
0 |
1 |
1-2 |
0 |
|
4 |
"Yunayted Galati" |
1 |
0 |
0 |
1 |
4-6 |
0 |
Səbuhi Həsənov