Xəbər lenti

Ötən ay ciddi səhvə yol verən hakimimiz Avropa çempionatında!
İdman08:45 11.05.2016

Ötən ay ciddi səhvə yol verən hakimimiz Avropa çempionatında!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

FIFA referisi Əliyar Ağayev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinə təyinat alıb. 

Qaynarinfo.az xəbər verir ki, turnir iyulun 11-dən 24-dək Almaniyada keçiriləcək. Qrup oyunları Ştutqart, Qrossaşpax, Ulm, Haydenhaym, Roytlinqen və Alendə, yarımfinallar Manhaym və Zandhauzendə baş tutacaq. Final isə Zinshaym şəhərindəki "Hoffenhaym" klubuna məxsus arenada olacaq. 

Qeyd edək ki, FİFA referisi Əliyar Ağayev aprelin 27-də ölkə kubokunun yarımfinal matçı olan "Neftçi" - "Qəbələ" görüşündə qonaqların penaltisini verməməklə kobud səhvə yol vermiş və nəticədə oyunun nəticəsinə təsir etmişdi.

Qaynarinfo.az