Xəbər lenti

Ötən il azərbaycanlılar Türkiyədə 278 mülk alıb
Ekonomiks19:18 25.11.2017

Ötən il azərbaycanlılar Türkiyədə 278 mülk alıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təkcə oktyabr ayında Türkiyədə 122 882 daşınmaz əmlak satılıb.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban yayıb. Onun sözlərinə görə, satılan mənzillərin 2 677-si (2,18%) xarici vətəndaşlar tərəfindən alınıb. Azərbaycan vətəndaşları aldıqları obyektlərin və mülklərin sayına görə III yerdə olublar - 278 ədəd (0,22%).
Qeyd edək ki, Türkiyədə mənzil alan xarici vətəndaşlar arasında I yerdə səudiyyəlilər (528), sonra iraqlılar gəlir - 344.