Xəbər lenti

Ötən il 22 kişi həyat yoldaşı tərəfindən fiziki şiddətə məruz qalması ilə bağlı müraciət edib
Ölkə19:51 03.01.2022

Ötən il 22 kişi həyat yoldaşı tərəfindən fiziki şiddətə məruz qalması ilə bağlı müraciət edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ötən il qaynar xəttə 332 nəfər tərəfindən müraciət olunub”.
Bu barədə "Azərbaycan Uşaqları” İctimai Birliyinin 2021-ci il üçün hesabatında qeyd edilib.
Bildirilib ki, məişət zorakılığı zəmnində 78 nəfər qadın, 22 nəfər kişi Birliyə müraciət edib. 
Həmçinin 27 nəfər qadın həyat yoldaşları tərəfindən zorakılığa məruz qaldığı üçün, 59 nəfər qadın aliment tələbi ilə bağlı məsləhət istəyib. Onların içində 118 nəfərin (həm qadın, həm də kişi) sosial problemlər və uşaqların sığınacağa yerləşdirilməsi ilə bağlı müraciətləri də yer alıb.
Qeyd edək ki, 2021-ci ildə qayna xəttə 10-18 yaş arası 28 nəfər yeniyetmə də müraciət edib. Buna səbəb isə ailə münaqişəsi, erkən nişanlanma, təhsildən uzaqlaşdırılma olub.