Avropada 2020/2021 mövsümünün ən yaxşı qadın futbolçusu müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu ada İspaniya "Barselona"sının oyunçusu Aleksiya Putelyas layiq görülüb.
O, səsvermədə komanda yoldaşları Cennifer Ermoso və Like Martensi geridə qoyub.