Xəbər lenti

Təqaüd almaq istəyənlərin nəzərinə!
Ölkə11:15 03.02.2015

Təqaüd almaq istəyənlərin nəzərinə!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR 2014-2015-ci tədris ili üzrə Daxili Təqaüd Proqramına start verib. Qaynar.info SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, 2014-2015-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, ölkənin ali təhsil müəssisələrinin bakalavr (yalnız əyani şöbə) və magistratura (əyani və ya qiyabi şöbələr) pillələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələrinə təqaüd verilməsi üzrə növbəti müsabiqə elan edilib. 
Proqrama müraciət etmək istəyən tələbələr fevralın 23-dək www.socar.az/tehsil veb-səhifəsindən müsabiqənin şərtlər və suallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2005-ci ildən başlayaraq Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Daxili Təqaüd Proqramını həyata keçirir.
Qaynar.info-