Xəbər lenti

Tərcüməçi Fatih Terimi özündən çıxartdı
İdman12:13 17.06.2016

Tərcüməçi Fatih Terimi özündən çıxartdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə millisinin baş məşqçisi Fatih Terim dünən keçirilən İspaniya ilə oyun öncəsi mətbuat konfransında tərcüməçi Türker Tozar ilə mübahisə edib.

Qaynarinfo.az xəbər verir ki, Nitsadakı konfransda türk jurnalist Mehmet Demirkolun "Niyə mənimlə, ya da mənsiz milli komanda yoluna davam edəcək dediniz" sualının ingiliscəyə tərcümə edilməməsi Terimi əsəbləşdirib.

Tərcüməçi "Hocam, onsuz da sual türkçə" idi deyib tərcüməyə ehtiyac olmadığını bildirib. Konfransın sonunda isə Fatih Terim "Burda o qədər əcnəbi var. Niyə tərcümə etmirsən" deyə reaksiya verib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23:00-da Türkiyə Avropa çempionatının favoritlərindən olan İspaniya ilə qarşılaşacaq.

Qaynarinfo.az