Xəbər lenti

İdman 22:52 16.10.2022

Tərlan Əhmədov bu futbolçunu cəzalandıracaq

"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov komandanın futbolçusu Zamiq Əliyevi cəzalandıracaq.

Qaynarinfo xəbər verir ki, buna səbəb 22 yaşlı müdafiəçinin "Neftçi" ilə oyunda qırmızı vərəqə almasıdır.

Baş məşqçi oyundan sonra bununla bağlı danışıb: "İlk gündən demişəm ki, son ümid folu kimi alınan qırmızı vərəqəni anlayışla qarşılayıram. Amma bu cür qırmızı vərəqəyə görə futbolçu mütləq cəzalanacaq. Komanda yaxşı oynadığı dəqiqələrdə qırmızı vərəqə yersiz idi. Hakimin qərarı doğru idi. Buna görə də Zamiq Əliyev mütləq cəzalanacaq. Futbolçu oynadığı komandanın dəyərlərinə hörmətlə yanaşmalıdır. Bunu onun cavanlığı ilə bağlamaq olar. Lakin futbolçu da başa düşməlidir ki, komandanı pis vəziyyətdə qoymaq olmaz. Pul cəzası mütləq olacaq".

Qeyd edək ki, Zamiq Əliyev oyunun 62-cı dəqiqəsində qırmızı vərəqə alıb. Matç "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->