Xəbər lenti

Tərlan Əhmədov Türkiyə klubu ilə müqavilə bağladı - FOTOLAR
İdman13:49 11.02.2016

Tərlan Əhmədov Türkiyə klubu ilə müqavilə bağladı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın daha bir futbolçusu Türkiyənin həvəskar komandasında çıxış edəcək.

Qaynar.info xəbər verir ki, 19 yaşadək millimizdə çıxış etmiş (U-19) yarımmüdafiəçi Tərlan Əhmədov Nevşehir I Həvəskar Liqası komandalarından olan "Çat Gənclikspor"a keçib.

Çat bələdiyyə sədri Kamil Duru açıqlamasında bunları deyib: "Nevşehirdə son 2 ildir, futbola sərmayə qoymağa davam edirik. İlk ilimizdə II Həvəskar Liqasında çempion olduq. İkinci ilimizdə isə indi Nevşehir çempionluğuna oynayırıq. Hədəfimiz regional həvəskarlar liqasında rayonumuzu təmsil etməkdir. Son olaraq Azərbaycan U-19 milli komandasında forma geyinən Tərlan Əhmədovu transfer edərək heyətimizi gücləndirdik".

Qeyd edək ki, ötən mövsüm və cari mövsümün ilk hissəsində Mingəçevir futbol məktəbinin yetirməsi, sabiq "Xəzər Lənkəran" və "Qəbələ"li qapıçı Elnar Kərimov Türkiyənin həvəskar komandalarında çıxış edib. Millimizin sabiq hücumçusu Fərid Quliyev isə "Yozqatspor 1959" klubu ilə cari mövsümün sonunadək müqavilə bağlayıb.

Qaynar.info