Xəbər lenti

“Tərlan Əhmədovun dediklərini anlaya bilmirəm” - Bülənt Qorxmaz
İdman12:32 06.03.2015

“Tərlan Əhmədovun dediklərini anlaya bilmirəm” - Bülənt Qorxmaz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"10 il keçib həmin oyundan. Düzü o matçı xatırlamaq belə çətindir. Futbolçunuzun dediklərini anlaya bilmirəm”.

Qaynar.info xəbər verir ki, bu sözləri Türkiyə millisinin sabiq futbolçusu Bülent Korkmaz azerisport.az-a açıqlamasında deyib. 

O, AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun 2005-ci ildə Azərbaycan millisinin Türkiyəyə qarşı keçirdiyi oyunda futbolçulara qardaş ölkə komandasına uduzmaq üçün təsirlər edildiyini deməsinə münasibət bildirib: "Bizə heç kim heç nə deməyib. Həmin vaxt Türkiyə millisi Bakıya qələbə üçün gəlmişdi. Biz 1-0 hesabıyla qalib gəldik. Komandanız da yaxşı oyun sərgilədi. Belə açıqlama məni təəccübləndirdi. Çünki, bu barədə heç bir məlumatım yoxdur. O zaman bizim heyətdə güclü futbolçular çox idi. Bilirdik ki, Bakıda çətin müqavimətlə qarşılaşacayıq. İndi belə sözləri demək təəccüblüdür”.

Qaynar.info