
Brüsseldəki terror aktlarının Paris hücumlarının əsas ittihamçısı olan Salah Abdeslamın cümə günü həbsindən sonra baş verməsi hadisənin cavab tədbirləri olub olmadığı sualını yaradır.
SİRLİ KAĞIZDA NƏ YAZILMIŞDI?
Abdeslam Avropa İttifaqı-Türkiyə Sammitinin keçirildiyi 18 mart tarixində Brüsselin Molenbeek ərazisində keçirilən əməliyyat nəticəsində tutulmuşdu. Abdeslamın tutulma anında şalvarının ətəyindən bir kağızın yerə düşməsi və bu barədə məlumat verilməməsi ən diqqət çəkən amillərdən birini təşkil etmişdi.
FaktXəbər-in məlumatına görə, Belçika hüquq mühafizə orqanlarından verilən açıqlamada Abdeslamın Brüsseldə yeni bir hücum hazırladığı bildirilmişdi. Həftənin əvvəlində xüsusi xidmət orqanlarına bir terror hücumunun hər an baş verə biləcəyi məlumatının gəldiyi də intensiv şəkildə səsləndirilən iddialardandır.
Hücumlarla bağlı iki versiya səsləndirilir. Bunlardan biri hücumun Abdeslamla əlaqəli olduğu güman edilən qruplaşma tərəfindən həyata keçirilməsidir. İkinci versiya isə bu hücumların uzun müddətdir hazırlanan başqa bir qruplaşma tərəfindən həyata keçirilməsidir. Hər iki halda da Abdeslamın tutmasına qarşı cəzalandırıcı versiyası daha inandırıcı görünür.
Qaynar.info

