Xəbər lenti

Tərtəri sel basdı - VİDEO
Ölkə11:15 12.06.2014

Tərtəri sel basdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rayona dəyən ziyanın miqdarı isə araşdırmadan sonra aydın olacaq

Gəncəbasar istiqamətində güclü tufan və dolunun ardınca Tərtəri sel basıb. Sel sularının insanların təsərüfatına və əmlakına ciddi ziyan vurub. 

ANS TV-nin məlumatına görə, gecə saatlarında yağan leysan nəticəsində rayonun Borsunlu, Sarov, Dəmirçilər kəndinə çayda suyun səviyyəsi yüksəlib və nəticədə rayonun ayrı-ayrı yaşayış mənətəqələrini və əkin sahələrini sel aparıb. Evlərin zirzəmisi su altında qalıb. Əhali mal-qaranı xilas edə bilsə də əkin sahəsinə ciddi ziyan dəyib. Sel suları həyətlərin qaplarını aşırdıb. 

Enerji təsərrüfatına ciddi ziyan dəyib və kəndlərə enerjinin verilməsi dayandırılıb. Bir çox kəndlər gecə boyu işıqsız qalıb. Kənd yollarına hərəkət çətinləşib. 

Rayon FHN komissiyasının sədri İlqar Musayevin sözlərinə görə, selin fəsadlarını aradan qaldırmaq üçün gecə boyu işlər davam edəcək.

Rayona dəyən ziyanın miqdarı isə araşdırmadan sonra aydın olacaq. 

Qaynar.info