Xəbər lenti

Texas Ştatından Xocalı qətnaməsi
Siyasət18:40 11.03.2013

Texas Ştatından Xocalı qətnaməsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et


Amerikanın Texas Ştatının Nümayəndələr Palatası Azərbaycanın Xocalı şəhərində günahsız qurbanların kütləvi qətlinin 21-ci ildönümünə həsr olunan 565 saylı qətnamə qəbul edib.

Qaynar.info-nun azeritribune.com saytına istinadən verdiyi xəbərə görə, bu qətnaməni ABŞ-ın dövlət təmsilçisi Qubert Vo təqdim edib.

"565 saylı Texas qətnaməsi" Xocalı faciəsi ilə bağlı ABŞ-ın qəbul elədiyi dördüncü sənəddir. Ötən ay Nyu-Meksiko, Arkanzas və Oklahoma kimi ştatlar Xocalıda insanlıq əleyhinə törədilən soyqırım qurbanlarının xatirəsini yad edib və qətnamə qəbul ediblər.  

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni ordusu Xankəndində yerləşən  Rusiyanın 366-cı motoatıcı alayının dəstəyilə Azərbaycanın Xocalı şəhərinə hücuma keçiblər. Nəticədə 613 dinc sakin, o cümlədən 106 qadın və 63 kişi vəhşicəsinə qətlə yetirilib. Bu qanlı hücuma erməni hərbi rəisi Monte Melkonyan rəhbərlik edib. Melkonyan özü Amerikada çap olunan gündəliyində bu hadisələrdən bəhs edib. Hazırkı Ermənistan prezidenti, o zaman erməni qoşunlarına rəhbərlik edən Serj Sarkisyan Xocalı qətliamını Azərbaycanın "stereotiplərini qırmaq" üçün özünəməxsus qisas aktı adlandırıb. Halbuki, erməni hakimiyyəti bu qanlı hadisədə iştirakını inkar edir və iddia edirlər ki, guya Azərbaycan hərbi qüvvələri özləri öz vətəndaşlarını qətlə yetiriblər. Ermənistanın bu açıqlamalarına cavab olaraq 1997-ci ilin martında insan haqları üzrə beynəlxalq təşkilat olan "Human Rights Watch" erməni ittihamlarını yalanlayıb. Təşkilat Xocalı soyqırımında erməni silahlı qüvvələrinin birinci dərəcəli rolunu təsdiq edib.

"565 saylı Texas qətnaməsi" erməni silahlı qüvvələrinin Azərbaycan şəhəri olan Xocalıda törətdiyi soyqırımda birbaşa iştirakını təsdiqləyir, eyni zamanda bəyan edir: "Dinc azərbaycanlı sakinlərin böyük bir hissəsi öz doğma yurdlarını tərk edib, qaçmaqla canlarını qurtaranda erməni və rus əsgərlərinin amansız atəşlərinə tuş gəliblər. Bu faciə qanlı münaqişə nəticəsində dinc sakinlərin qətlə yetirilməsi aktıdır". 

"565 saylı Texas qətnaməsi"lə sözügedən ştatın internet saytında tanış olmaq olar.

Qaynar.info