Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Texnikabank”ın Yasamal filialının həbsdə olan sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən bir neçəsinin vəkili müdafiə nitqi ilə çıxış edib. Elnur Seyidovun vəkili Əsabəli Mustafayev və digər çıxış edən vəkillər müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər.
Proses iyulun 24-də digər təqsirləndirilən şəxslərin vəkillərinin çıxışları ilə davam etdiriləcək.
Xatırladaq ki, ötən proses zamanı dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin 11 il 6 aydan 8 il 6 aya qədər müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Qeyd edək ki, həmin iş üzrə həbs edilən “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. E.Əliyevin xəstəliyinin onun proseslərdə iştirakına imkan vermədiyini nəzərə alan məhkəmə onun barəsində cinayət işinin müvəqqəti olaraq dayandırılmasına və işin ayrılmasına qərar verib. Qaynar.info