Xəbər lenti

Texniki Universitetlə bağlı məhkəmə işində müəmma
Ölkə14:06 15.11.2023

Texniki Universitetlə bağlı məhkəmə işində müəmma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azər Hüseynov Azərbaycan Texniki Universitetində (AzTU) 2023-cü il iyulun 6-da inzibati vəzifəsindən azad olunub”. 
Bu sözləri Qaynarinfo-ya Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova Azər Hüseynovun sözügedən ali təhsil ocağını məhkəməyə verməsinə münasibət bildirərkən deyib. 
O əlavə edib ki, Azər Hüseynov Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin aparıcı mühəndisi vəzifəsində işləyəndə öz ərizəsi ilə müraciət edərək 65 yaşı tamam olana kimi müqaviləsinin uzadılmasını xahiş edib. "Onun ərizəsinə müvafiq olaraq 65 yaşı tamam olandan sonra əmək müqaviləsinə xitam verilib və Azər Hüseynov universitetdə inzibati vəzifəsindən azad olunub. 
Bununla yanaşı, Azər Hüseynov hazırda AzTU-nun Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının baş müəllimidir. AzTU-nun veb-səhifəsində onun adının baş müəllim kimi qeyd olunması normaldır.
O ki, qaldı məhkəməyə Azər Hüseynovun məhkəmə işinə 2023-cü ilin oktyabr ayında xitam verilib”, - deyə Sevinc İsgəndərova bildirib. 
Azər Hüseynov vəzifəsindən azad edildikdən sonra AzTU-nu məhkəməyə verib. Onun iddiası Bakı İnzibati Məhkəməsinin hakimi Ayaz Məmmədovun icraatındadır.
AzTU-nun rəsmisi işə xitam verildiyini desə də, məhkəmə işi barədə məlumat noyabrın 14-də Vahid Məhkəmə Portalına yerləşdirilib və işin icraatda olduğu qeyd edilib.  İş üzrə nəinki məhkəmə baxışı, heç hazırlıq iclası belə keçirilməyib. Əks halda bu barədə portalda məlumat yerləşdirlərdi.
Seyid