Xəbər lenti

Teylor Svift nikahdan müqaviləsi olmadan evlənməyəcək
Maqazin 23:22 15.08.2024

Teylor Svift nikahdan müqaviləsi olmadan evlənməyəcək

Müğənni Teylor Svift və futbolçu Travis Kelsi münasibətlərini yalnız "sərt nikah müqavilə"si bağladıqdan sonra rəsmiləşdirəcəklər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Life & Style" nəşrinə mənbələr məlumat verib.

"Teylor heç vaxt nikahdan əvvəl razılaşma olmadan imza atmayacaq", deyə mənbə bildirib.

O, cütlüyün müqavilənin detallarını artıq müzakirə etdiyini, lakin məşhurların iş qrafiki və digər rəsmiyyətlərə görə danışıqların nəticəsiz qaldığını bildirib. Mənbənin sözlərinə görə, Svift və Kelsi ailə qurmazdan əvvəl bütün maliyyə və hüquqi məsələləri həll etmək istəyirlər.

Həm Svift, həm də Kelsi əhəmiyyətli şəxsi sərvətə sahibdirlər. Svift üçün bu, 1 milyard dollardan çox, Kelsi üçün isə təxminən 70 milyon dollardır.

"Onlar uzun müddətdir ki, özlərini qeyri-rəsmi nişanlı hesab edirlər və həyatlarının qalan hissəsini birlikdə keçirmək və ailə qurmaq niyyətindədirlər", deyə mənbə qeyd edib.

Teylor Sviftin futbolçu Travis Kelsi ilə münasibətlərinə dair xəbərlər məşhurların bir neçə dəfə fotoqraflar tərəfindən görüntülənməsindən sonra ortaya çıxıb. Bundan əlavə, amerikalı müğənni NFL ulduzunun matçlarına qatılıb. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->