Xəbər lenti

Teymur Rəcəbov 1/4 finala vəsiqə qazandı
İdman17:51 28.12.2020

Teymur Rəcəbov 1/4 finala vəsiqə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Onlayn formada keçirilən blits şahmat üzrə "Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarışın üçüncü günündə 3 qarşılaşma keçirib.
Qaynarinfo xəbər verir ki, Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Pentala Harikrişna (Hindistan) ilə üz-üzə gələn Rəcəbov bütün görüşləri heç-heçə ilə başa vurub.
Xal hesabını 6-ya çatdıran 33 yaşlı şahmatçı ilkin mərhələdə 5-ci pilləni tutaraq, 1/4 finala vəsiqə qazanıb. .
Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.