Xəbər lenti

Teymur Rəcəbov çinli rəqibini məğlub etdi
İdman 23:10 01.07.2022

Teymur Rəcəbov çinli rəqibini məğlub etdi

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 12-ci turun oyunları keçirilir.

Qaynarinfo xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda çinli Liren Dinqi məğlub edib.

Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə, 6 xal toplayıb.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->