Xəbər lenti

Teymur Rəcəbov onlayn turnirə məğlubiyyətlə başladı
İdman18:48 12.04.2020

Teymur Rəcəbov onlayn turnirə məğlubiyyətlə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan şahmatçısı Teymur Rəcəbov ispaniyalı Pepe Kuensanın dəvəti ilə qatıldığı onlayn turnirdə məğlub olub.
Qaynarinfo xəbər verir ki, 33 yaşlı qrossmeyster 1/4 final mərhələsində İspaniya şahmatının parlayan ulduzu David Antonla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 7:6. 
Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər. 13 qarşılaşmanın 4-də ispan şahmatçı, 3-də isə Rəcəbov qələbə qazanıb, digər görüşlər heç-heçə yekunlaşıb.  
Qeyd edək ki, bu gün start götürən və olimpiya sistemi ilə keçirilən turnir 1/4 final mərhələsindən başlayıb. Yarışda 8 şahmatçı mübarizə aparır.