Xəbər lenti

Teymur Rəcəbov Yan Nepomnyaşi ilə heç-heçə etdi
İdman18:55 29.12.2020

Teymur Rəcəbov Yan Nepomnyaşi ilə heç-heçə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Onlayn blits şahmat üzrə "Airthings Masters” turnirində nokaut mərhələsi start götürüb.
Apasport.az saytının məlumatına görə, dairəvi sistemlə keçirilən birinci mərhələdə ilk 8 yeri tutan şahmatçılar 1/4 finalda mübarizəyə başlayıb.
Bu gün bu raundun ilk matçları keçirilib. Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 1/4 finalda rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb.
Şahmatçılar arasında ilk matçda 4 oyunun hamısı heç-heçə başa çatıb – 2:2. Sabah qrossmeysterlər arasında ikinci görüş baş tutacaq.
Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də yekunlaşacaq.