Xəbər lenti

“Təyyarəm və yaxtam var” - Azərbaycanlı müğənni
Ölkə11:55 29.07.2014

“Təyyarəm və yaxtam var” - Azərbaycanlı müğənni

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təyyarəsi, yaxtası olduğunu iddia edən azərbaycanlı qadın müğənni danışdı.

Gecce.az xəbər verir ki, bu gün “Evdəyik” verlişində maraqlı hadisələr yaşanıb. Belə ki, hər şey verlişin aparıcısı Ulvira Qarayeva studiyaya qonaq qismində təşrif buyuran xanım sənətçi Firuzə İbadovaya ünvanladığı “Tərəf müqavilinizin “maddi baza”sı çox zəngindir. Bəs sizin necə?” sualından sonra baş verib. Xanım sənətçi cavabında, “Mənim də hər şeyim var. Qızılım da, evim-eşiyim də, maşınım da var” desə də Ulvira digər sualla Firuzə xanıma müraciət edib. “Təyyarəniz var?” deyən aparıcı, müğənninin rişxənd dolu gözlənilməz cavabı ilə qarşılaşıb:

“Təyyarəm də, yaxtam da var. Hələ ət çəkən, paltar yuyan maşınım da var”.

Qaynar.info