Bu gün Bakıda Təzə Pir məscidində Ramazan bayramı qeyd olunub.
"Report"un məlumatına görə, məsciddə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin iştirakı ilə bayram namazı qılınıb.
QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını təbrik edib.
Qeyd edək ki, iyunun 7-də başlayan Ramazan ayı başa çatır.




