Xəbər lenti

Tibb Universitetinin kafedra müdiri vəfat etdi - FOTOLAR
Ölkə07:24 06.04.2017

Tibb Universitetinin kafedra müdiri vəfat etdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasının müdiri Elxan Kərimov vəfat edib.
"Qaynar" "Report"a istinadən xəbər verir ki, E.Kərimov 79 yaşında dünyasını dəyişib. O, uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, E.Kərimov 1938-ci ildə Göyçayda anadan olub. 1959-1964-cü illərdə Azərbaycan Tibb İnstitutunun stomatologiya ixtisasına yiyələnib.
2000-ci ildə Azərbaycan əməkdar həkimi, 2010-cu ildə isə əməkdar elm xadimi adına layiq görülüb. O, həm də Səhiyyə Nazirliyi Həkimlərin Attestasiyası Komissiyasının sədri olub. Mərhum 1990-cı ildən ortopedik stomatologiya kafedrasına rəhbərlik edirdi.
Qaynar.Az