Xəbər lenti

Tikinti materialları niyə bahalaşır? - Əmlak eksperti
Ekonomiks 14:04 21.05.2025

Tikinti materialları niyə bahalaşır? - Əmlak eksperti

Bakıda tikinti materialları bazarında taxta-şalbanın qiymətində artım müşahidə olunur.

Bu barədə Qaynarinfo-ya əmlak eksperti Elnur Azadov məlumat verib. 

O bildirib ki, mişar daşının da qiymətində artım baş verib:

"Taxtanın qiyməti bir ay əvvəl artıb. Armaturun da qiymətində bir az artım müşahidə olunub. Bunun səbəbi rus rublunun bahalaşmasıdır".

Ekspert əlavə edib ki, rus rublunun bahalaşması nəticəsində Rusiya Federasiyasından idxal olunan tikinti materiallarının qiymətlərində dəyişiklik baş verib:

"Buna ən çox taxta-şalban, az sayda metal konstruksiya və bəzi boya məhsulları aiddir. Bu məhsulların hər birində qiymət artımı 5-7%-dir".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->