Xəbər lenti

Tikinti şirkəti FHN və Bakı meriyasını məhkəməyə verdi
Ekonomiks09:24 12.11.2022

Tikinti şirkəti FHN və Bakı meriyasını məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib. 
Qaynarinfo xəbər verir ki, "MM Park” MMC Bakı İnzibati Məhkəməsində hər iki qurum barəsində iddia qaldırıb. İş hakim Orxan Həsənovun icraatındadır. 
Məhkəmə işinin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələrdən ibarətdir. 
Qeyd edək ki, "MM Park” MMC 3 fevral 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 126 979.20 AZN olan şirkətin qanuni təmsilçisi Əliyev Zaur Əli oğludur.
Açıq mənbələrdə "MM Park” MMC və Zaur Əliyev barəsində hər hansı məlumat yoxdur. Təkcə o bəllidir ki, "MM Park” MMC inşaat şirkətidir və paytaxtda yaşayış binası tikir. 
Seyid