Xəbər lenti

Tikinti standartları: Yeni evlər necə olacaq? - Əmlak eksperti
Ekonomiks10:30 13.12.2021

Tikinti standartları: Yeni evlər necə olacaq? - Əmlak eksperti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Tikinti normaları, standartları var. Həmin standartlara görə, yaşayış evlərində tavanın hündürlüyü 2,7 metrdən az olmamalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni normalarına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, "Yaşayış binaları. Layihələndirmə normaları”na görə, tikilən evlərin tavan hündürlüyü 4-5 metr də ola bilər:
"Əvvəllər köhnə normalarda 2,55 metr idi. İndi bu normalara yenidən baxıldı. Normalar artırılıb, normal yaşayış evlərinin tavan hündürlüyü 4-5 metr də ola bilər. Bu standartın tələbidir, ona görə də tikilən binalarda bunlar nəzərə alınmalıdır”.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi "Yaşayış binaları. Layihələndirmə normaları”na görə, Azərbaycanda yaşayış binalarında otaqların və mətbəxin hündürlüyü 2,7 m-dən az olmamalıdır.
Bahar Rüstəmli